AZ

“Tallin buna dözmək fikrində deyil” – Estoniyadan Rusiyaya ETİRAZ

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Rusiyanı Baltik dənizi regionunda GPS peyk naviqasiya sisteminin işini dayandırmaqda ittiham ediblər.

KONKRET.az xəbər verir ki, bununla əlaqədar olaraq, regionda aviasiya qəzaları təhlükəsinin artacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, aprelin 25-də və 26-da Finlandiyanın “Finnair” aviaşirkətinin iki təyyarəsi Helsinkidən Estoniyanın Tartu şəhərinə uçub, lakin GPS-in müdaxiləsi səbəbindən hava limanına qayıtmağa məcbur olublar. Pilotlar ünvana təhlükəsiz çata biləcəklərinə əmin olmadıqları üçün bu qərarı veriblər.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis vurğulayıb ki, vəziyyət olduca təhlükəlidir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə öz növbəsində qeyd edib ki, Moskvanın hərəkətləri Estoniya xalqı üçün təhlükə yaradır: “Tallin buna dözmək fikrində deyil”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
konkret.az

1Mənbələr