AZ

Balakən rayonunda tibbi aksiya təşkil olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası tərəfindən Balakən rayonunda tibbi aksiya keçirilib.

 

Balakən RMX-dan Aztibb.az-a bildirilib ki, aksiyada şəhid ailələri və qazilər də daxil olmaqla, ümumilikdə 143 nəfər müayinədən keçirilib.

 

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd müraciət edənlərin problemlərinin müəyyənləşdirilməsi və aşkarlanmış xəstəliklərin həlli yolunu tapmaqda kömək göstərilməsi olub.

 

Aparılan müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir. Ciddi problemlərlə üzləşən və əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlməsinə şərait yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
aztibb.az

1Mənbələr