AZ

“Apple” kompaniyası iOS-da tətbiqləri dəyişəcək

“Apple”

Bakı, 29 aprel, AZƏRTAC

“Apple” kompaniyası iOS 18-də sıralanan bir çox tətbiqi, o cümlədən “Qeydlər”, “Poçta”, “Fotoşəkillər”i yenidən dəyişəcək. AZƏRTAC bu barədə tanınmış insayder “Power On” yeni informasiya bülleteninə və “Bloomberg” agentliyinin müxbiri Mark Qurmana istinadla xəbər verir.

M. Qurman sadalanan proqramlar üçün nəzərdə tutulan hər hansı yeni funksiyanı açıqlamayıb. Bununla belə, əvvəllər “Notes” xidmətinin daha çox riyazi düsturların nümayişi üçün dəstək alacağı və səsli qeydləri yazmaq üçün daxili imkanın olacağı barədə şayiələr var idi. Eyni zamanda, “MacRumors” qeyd edib ki, “Mail”, “Photos” və “Fitness” proqramlarında dəyişikliklər haqqında məlumat ilk dəfə ortaya çıxıb.

Bloomberg müxbiri, həmçinin “Apple”in nəhayət Kalkulyator tətbiqini iPadOS 18-ə əlavə edəcəyini təsdiqləyib.

M. Qurmanın qeyd etdiyi dəyişikliklərə əlavə olaraq, iOS 18-də bir çox başqa təkmilləşdirmələr olacağı barədə şayiələr də var. Məsələn, süni intellekt sayəsində “Siri” tətbiqi daha “ağıllı” və daha faydalı olacaq, iş masasını fərdiləşdirmək üçün də daha çox imkanlar olacaq, “Apple Map”dakı xəritələr daha informativ olacaq və sairə.

“Apple” kompaniyasının mayın 7-də iPad-in təqdimatı zamanı bəzi yeni funksiyaları təqdim edəcəyi gözlənilir. iOS 18 və iPadOS 18 innovasiyalarının əsas hissəsi 2024-cü ilin iyununda WWDC tərtibatçı konfransının (Apple Worldwide Developers Conference - Apple platformalarında tərtibatçılar üçün ümumdünya konfransı) bir hissəsi kimi elan ediləcək.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla