AZ

“Apple” iOS-da tətbiqləri dəyişəcək

Bakı. Trend:

“Apple” kompaniyası iOS 18-də sıralanan bir çox tətbiqi, ocümlədən “Qeydlər”, “Poçta”, “Fotoşəkillər”i yenidən dəyişəcək.

Trend bu barədə tanınmış insayder “Power On” yeni informasiyabülleteninə və “Bloomberg” agentliyinin müxbiri Mark Qurmanaistinadən xəbər verir.

M.Qurman sadalanan proqramlar üçün nəzərdə tutulan hər hansıyeni funksiyanı açıqlamayıb. Bununla belə, əvvəllər “Notes”xidmətinin daha çox riyazi düsturların nümayişi üçün dəstək alacağıvə səsli qeydləri yazmaq üçün daxili imkanın olacağı barədəşayiələr var idi. Eyni zamanda, “MacRumors” qeyd edib ki, “Mail”,“Photos” və “Fitness” proqramlarında dəyişikliklər haqqında məlumatilk dəfə ortaya çıxıb.

Bloomberg müxbiri, həmçinin, “Apple”in nəhayət Kalkulyatortətbiqini iPadOS 18-ə əlavə edəcəyini təsdiqləyib.

M.Qurmanın qeyd etdiyi dəyişikliklərə əlavə olaraq, iOS 18-dəbir çox başqa təkmilləşdirmələr olacağı barədə şayiələr də var.Məsələn, süni intellekt sayəsində “Siri” tətbiqi daha “ağıllı” vədaha faydalı olacaq, iş masasını fərdiləşdirmək üçün də daha çoximkanlar olacaq, “Apple Map”dakı xəritələr daha informativ olacaqvə sairə.

“Apple” kompaniyasının mayın 7-də iPad-in təqdimatı zamanı bəziyeni funksiyaları təqdim edəcəyi gözlənilir. iOS 18 və iPadOS 18innovasiyalarının əsas hissəsi 2024-cü ilin iyununda WWDCtərtibatçı konfransının (Apple Worldwide Developers Conference -Apple platformalarında tərtibatçılar üçün ümumdünya konfransı) birhissəsi kimi elan ediləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
az.trend.az

2Mənbələr