AZ

Etibarnamə ilə əmlak alanlara XƏBƏRDARLIQ

Etibarnamə yolu ilə əmlak almamağa çalışın. Bu, həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur.

"Ölkə.Az" xəbər verir ki, bunu əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, əgər hər hansı bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalırsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notaruslarında verilmiş olmalıdır:

"Eləcə də, etibarnamə ilə əmlak almaq məcburiyyətində qalırsınızsa, maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparın. Bu araşdırmanı qonşulardan,  bələdiyyədən, Jek, sahə müvəkkili və sair aidiyyati qurumlardan maraqlana bilərsiniz. Əmlakın sahibinin özü ilə bir başa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməyin".

"Xarici ölkələrdən, xüsusən də Rusiyadan satış ücün göndərilmiş etibarnamələrdən ehtiyatlı olun", - deyə ekspert əlavə edib.

Könül
Ölkə.Az

Seçilən
43
36
Mənbələr
Şərh ()
Bağla