AZ

Ekspertdən ev almaq istəyənlərə XƏBƏRDARLIQ

"Çalışın, etibarnamə yolu ilə əmlak almayın"Bakıvaxtı.az xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.Ekspert qeyd edib ki, bu, həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur: "Əgər hər hansısa bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalarsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notaruslarında verilmiş olsun. Etibarnamə ilə əmlak almaq məcburiyyətində qalarsınızsa, maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparın. Bu araşdırmanı qonşulardan, bələdiyyədən, "jek", sahə müvəkkili və sair aydiyyati qurumlardan maraqlana bilərsiniz"."Əmlakın sahibinin özü ilə bir başa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı satqı etməyin. Xarici ölkələrdən, xüsusən də Rusiyadan satış ücün göndərilmiş etibarnamələrdən ehtiyatlı olun", - deyə E.Fərzəliyev vurğulayıb.Aytac Aslan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
bakivaxti.az

4Mənbələr