AZ

Almaniyada iki ukraynalı qətlə yetirildi – Rus kəşfiyyatçı həbs edildi

Almaniyada bıçaqlanaraq öldürülən iki ukraynalı hərbçi olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinə məlumat verib və onların Almaniyada tibbi reabilitasiya keçdiklərini qeyd edib.

Departament əlavə edib ki, hazırda diplomatlar həlak olanların harada xidmət etdiyini müəyyənləşdirir, həmçinin onların qohumlarını axtarırlar.

Xatırladaq ki, hadisə Bavariyanın Murnau şəhərində baş verib. Alman mediasının qeyd etdiyi kimi, yerli ticarət mərkəzinin yaxınlığında iki kişi bıçaqlanmış vəziyyətdə tapılıb. Həkimlər gələndə onlardan biri artıq ölüb, ikincisi xəstəxanada ölüb.

Daha sonra Almaniya hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən 57 yaşlı Rusiya vətəndaşını saxlayıb.

Almaniyada gizlilik qanunlarına görə, qurbanların və şübhəlinin adları açıqlanmır.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla