AZ

Gəncədə bıçaqlanma hadisəsi olub

Azərforum APA-ya istinadən xəbər verir ki, Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin şagirdi olan oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2154
50
modern.az

10Mənbələr