AZ

Fati indi də “Sevilya”ya göndəriləcək

Ansu Fati “Brayton”dan ayrılacaq. İngiltərə klubunda icarə əsasında forma geyən hücumçu, mövsüm bitən kimi “Barselona”ya qayıdacaq.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klubunda keçirdiyi 17 oyunda cəmi 2 qol vuran Fatinin durumu Premyer Liqa klubunu qane etməyib. Futbolçunun özü də La Liqaya dönməyi arzulayır.

Lakin Ansunun “Barselona”da qalmaq şansı yoxdur. Klub rəhbərliyi onun hələ tam püxtələşmədiyini düşünür və bu səbəbdən onu növbəti dəfə icarəyə göndərəcək. Artıq “Sevilya”nın onun xidmətində maraqlı olduğu dəqiqdir və tərəflər arasında ilkin danışıqlar olub.

“Barselona”nın yetirməsi ilə 2027-ci ilin yayınadək müqaviləsi var. 21 yaşlı hücumçu komandada qalıb özünü ibatlamaq istəyir, baş məşqçi Xavi Ernandes isə daha təcrübəli oyunçulara güvənmək niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
futbolinfo.az

1Mənbələr