AZ

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub.

BiG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib.

Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib.

Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundakı kəndlərə və mülki evlərə, xüsusilə Kuzah, Merkebe və Sribbin şəhərlərinə hücumlarına cavab olaraq həyata keçirilib.

Hücum nəticəsində xəsarət alan və ölənlər barəsində məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən İsraillə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 287-yə yüksəlib.


BiG.Az
Seçilən
30
31
Mənbələr
Şərh ()
Bağla