AZ

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb.

BiG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir.

Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 28 fələstinlinin öldüyü, 51 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin Qəzza zolağına hücumlarda həyatını itirənlərin sayı 3496 nəfərə, yaralıların sayı isə 77816 nəfərə çatıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
12
Mənbələr
Şərh ()
Bağla