- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 27-də və 28-də ümumi çəkisi 6,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Avtosfer.az DİN-ə istinadla xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,2 kiloqrama yaxın tiryək, 2,3 kiloqramdan çox marixuana, qalanı heroin və metamfetamin, həmçinin 405 ədəd metadon və preqabalin həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.