Səhiyyəmizin inkişafı, ilk növbədə, peşəkar mütəxəssislərdən - həkimlərdən və digər tibb işçilərindən aslıdır.
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə söz açacağımız Vüsalə Almazxan qızı Eyyubova Şirvan şəhərində tanınmış təbiblərdəndir.
Vüsalə Eyyubova 1995-ci ildə “Şirvanneft” NQÇİ-nin 15 saylı uşaq bağçasında musiqi rəhbəri işləyib. 1999-cu ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasında defektoloq, 2000-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində loqoped vəzifələrində çalışıb. 2021-ci ildən Səhiyyə xidmətlərinin təşkili şöbəsində loqoped kimi fəaliyyət göstərir.
02.03.2007-16.04.2007-ci ildə Uşaq Ruhi-Əsəb Dispanserində defektologiya ixtisası üzrə təcrübə keçib.