AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Vüsalə Eyyubova

Səhiyyəmizin inkişafı, ilk növbədə, peşəkar mütəxəssislərdən - həkimlərdən və digər tibb işçilərindən aslıdır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə söz açacağımız Vüsalə Almazxan qızı Eyyubova Şirvan şəhərində tanınmış təbiblərdəndir.
 
O, 16 oktyabr 1978-ci ildə Əli Bayramlı şəhərində anadan olub. 1995-1999-cu illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində defektologiya ixtisası üzrə təhsil alıb.
 
Vüsalə Eyyubova 1995-ci ildə “Şirvanneft” NQÇİ-nin 15 saylı uşaq bağçasında musiqi rəhbəri işləyib. 1999-cu ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasında defektoloq, 2000-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində loqoped vəzifələrində çalışıb. 2021-ci ildən Səhiyyə xidmətlərinin təşkili şöbəsində loqoped kimi fəaliyyət göstərir.
 
02.03.2007-16.04.2007-ci ildə Uşaq Ruhi-Əsəb Dispanserində defektologiya ixtisası üzrə təcrübə keçib.
 
 
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla