AZ

Andre Villaş-Boaş “Portu”nun prezidenti seçildi

Portuqal mütəxəssis Andre Villaş-Boaş Portuqaliya nəhənglərindən olan “Portu”nun prezidenti vəzifəsinə seçilib.

Arena.az bu barədə Portuqaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Villaş-Boaş “Portu”nun tarixi ərzində “əjdahalar”ın prezident kürsüsündə əyləşəcək 32-ci şəxs olacaq. O, bu vəzifədə “Portu”nun əfsanəvi prezidenti, 1982-ci ilin aprelindən cari ilin aprel ayına qədər Portuqaliya nəhənginin prezidenti olmuş Jorje Nunu Pintu da Kostanı əvəzləyib. Villaş-Boaş səlahiyyətlərinin icrasına may ayından başlayacaq.

Portuqaliya mətbuatı bu təyinatla tarixi bir dövrün dəyişməsi olaraq ifadə edib. 86 yaşlı Jorje Nunu Pintu da Kosta artıq yaşa dolması səbəbilə işindən ayırılmağı məsləhət bilib.

Xatırladaq ki, Villaş-Boaş 2010-2011-ci illərdə “Portu”nun baş məşqçisi çalışıb. Portuqal mütəxəssisin məşqçilik karyerasında son komandası Marsel “Olimpik”i olub. Daha əvvəl isə Villaş-Boaş “Çelsi”, “Tottenhem”, “Şanxay SIPG” və “Akademilka Koimbra”nı çalışdırıb.

Andre Villaş-Boaş Rusiya Premyer Liqasında da iş təcrübəsinə malikdir. Sankt-Peterburq “Zenit”i portual çalışdırıcının rəhbərliyi altında 3 kubok, o cümlədən 2015-ci ildə Rusiya çempionluğunu qazanlb.

Hazırda “Portu” 30 oyundan 62 xalla Portuqaliya Premyer Liqasının yarış cədvəlində 3-cü yerdədir. “Əjdahalar” lider Lissabon “Sportinq”indən (80 xal) 18 xal geri qalırlar.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla