AZ

Dünyada neft və qaz kəşfləri iki dəfə azalıb, xərclər iki dəfə artıb

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 2024-cü il üzrə illik təbii qaz hesabatından tərtib etdiyi məlumatlara əsasən, keçən il ümumilikdə 5 milyard barel neft ekvivalentində neft və qaz aşkar edilib. Bu kəşflərin 40 faizi təbii qaz (340 milyard kubmetr), 60 faizi isə neft olub.

Marja.az xəbər verir ki, 2022-ci ildə kəşf edilən 10,5 milyard barel neft ekvivalenti ilə müqayisədə qlobal neft və qaz kəşflərinin 52,3 faiz azalması rekord azalma kimi qeydə alınıb.

GECF-in məlumatına görə, ötən il kəşfiyyat işlərinin həcminin azalması təbii qaz və neft üçün kəşfiyyat xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

2022-ci ildə təbii qazın kəşfiyyatının xərci neft ekvivalentinin barreli üçün 2,6 dollar olduğu halda, ötən il bu xərc 5,3 dollara yüksəlib. 2022-ci ildə 3,5 dollar olan neftin kəşfiyyatı xərci ötən il 8,8 dollara yüksəlib.

“Kəşf edilən həcmlərin azalması, kəşfiyyat investisiyalarının 2023-cü ildə 60 milyard dollara çatdırılmasına baxmayaraq, bəzi əsas dəniz kəşfiyyat quyularının məyusedici nəticələri ilə bağlı olub”, - hesabatda deyilir.  

Keçən il ümumi kəşflərin 74 faizi dəniz kəşfləri olub. 2022-ci ildə isə bu, 87 faiz olaraq qeydə alınmışdı.

GECF-in məlumatına görə, bu, kəşfiyyat üçün daha böyük xərclərlə nəticələnib və qlobal kəşfiyyat fəaliyyətlərində əlavə çətinlikləri göstərir.

Asiya-Sakit Okean, İndoneziya və Malayziya sahillərində aparılan kəşfiyyat işləri 2023-cü ildə aşkar edilmiş neft və qaz həcmlərinin ən yüksək hissəsini (32 faiz) təşkil etmişdir. Kəşf edilmiş həcmlərin 21 faiz Latın Amerikasının, 11 faizi Avropa və Afrikanın, 10 faiz Yaxın Şərqin payına düşüb.

Ölkələr üzrə, İndoneziya yaxınlığındakı Larayan və Geng North yataqlarında qaz kəşfləri 2023-cü ildə ən mühüm təbii qaz kəşfləri olub. Ardınca Malayziya yaxınlığındakı Sarawak yatağında böyük qaz kəşfləri olub.

Neft baxımından ən mühüm kəşflər Qayana sahillərindəki Lancetfish və Fangtooth yataqlarında yeni neft kəşfləri və Türkiyənin Şehit Aybüke Yalçın quyusunda kəşf olub.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14464
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14055
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13911
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12037
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10033
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8419
"Zaur, yenə çaşdın..." - VİDEO
7491
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5583
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3925
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3835
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3830
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3714
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3589
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3451
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3013
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3005
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2784
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2714
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2610