AZ

Bu həftə qlobal bazarlarda gözlər FED-in qərarındadır

01 May 2024-cü il tarixində ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, FED-in faiz dərəcələrini son iyirmi ildən çox müddətdə ən yüksək səviyyəsində (5,50%) saxlayacağı gözlənilsə də, əsas diqqət sədr Jerome Powell-in iclasdan sonra keçiriləcək mətbuat konfransında açıqlamalarına yönələcək.

 FED-in 7,4 trilyon dollarlıq balansını azaltmada qısamüddətli yavaşlama elan edəcəyi gözlənilir.

2024-cü ilin ilk üç ayında gözləniləndən daha pis inflyasiya məlumatlarının ardınca, FED sədri, inflyasiyanın mərkəzi bankın 2 faizlik hədəfinə doğru irəliləməsini təmin etməyin "çox güman ki, gözləniləndən daha uzun müddət davam edəcək" deyib. O, əlavə edib ki, mərkəzi bank “lazım olduğu qədər” faiz dərəcələrini yüksək səviyyədə saxlaya bilər.

Fed rəhbərliyi faiz endirimlərini təxirə salmağı təklif etdiyinə görə, bu, siyasətçilərin bu il faiz dərəcələrini ümumiyyətlə azaltmayacağına dair real ehtimal kimi görünməyə başlayır.

İnvestorlar indi bütün 2024-cü il ərzində FED-in yalnız yalnız bir dəfə faizlərini azaldacağını gözləyirlər. Bu, ilin əvvəlində gözləniləndəm azdır. 

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla