Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Napoli” – “Roma” oyununda qalib müəyyənləşməyib. “Bolonya” – “Udineze” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Artıq çempionluğu təmin etmiş lider “İnter” bu dəfə doğma meydanda “Torino”nu 2 cavabsız qolla yenib. “Atalanta” da “Empoli” ilə ev oyununda oxşar hesabla qələbə qazanıb.
Altı qolun qeydə alındığı “Fiorentina” – “Sassuolo” matçında isə meydan sahibləri darmadağınla qalib gəliblər.
34-cü tura sabah keçiriləcək “Cenoa” – “Kalyari” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
34-cü tur
26 aprel
Frozinone – Salernitana 3:0
Qollar: Sule, 10-pen. Breşianini, 25. Zortea, 85.
27 aprel
Leççe – Montsa 1:1
Qollar: Krstoviç, 90+2 – Pessina, 90+6.
Yuventus – Milan 0:0
Latsio – Verona 1:0
Qol: Zakkayni, 72.
28 aprel
İnter – Torino 2:0
Qollar: H.Çalhanoğlu, 56; 60-pen.
Bolonya – Udineze 1:1
Qollar: Salemakers, 78 – Payero, 45+1.
Atalanta – Empoli 2:0
Qollar: Paşaliç, 42-pen. Lukman, 51.
Napoli – Roma 2:2
Qollar: Olivera, 65. Osimhen, 84-pen – Dibala, 59-pen. Abraham, 89.
Fiorentina – Sassuolo 5:1
Qollar: Sottil, 17. M.Kuarta, 54. N.Qonsales, 58; 66. A.Barak, 62 – Torstvedt, 57.
29 aprel
22:45. Cenoa – Kalyari