AZ

A Seriyası: “Cenoa” “Kalyari”ni darmadağınla yola saldı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Cenoa” doğma meydanda “Kalyari” ilə münasibətlərinə aydınlıq gətirib. Genuyalılar bu oyunda darmadağına seviniblər.

Beləliklə, 34 turdan sonra çempionluğu təmin etmiş “İnter” 89 xalla zirvədə qərarlaşıbsa, “Milan” 70 xalla 2-ci, “Yuventus” 65 xalla 3-cü, “Bolonya” 63 xalla 4-cü, “Roma” 59 xalla 5-cidir. “Atalanta”nın 57, “Latsio”nun 55, “Fiorentina” və “Napoli”nin 50 xalı var. “Torino” 46, “Montsa” 44, “Cenoa” 42, “Leççe” 36, “Kalyari” 32, “Verona”, “Frozinone” və “Empoli” 31, “Udineze” 29, “Sassuolo” 26, “Salernitana” 15 xalla sonuncu pillədə qərarlaşıb.

İtaliya, A Seriyası
34-cü tur
26 aprel

Frozinone – Salernitana 3:0
Qollar: Sule, 10-pen. Breşianini, 25. Zortea, 85.

27 aprel

Leççe – Montsa 1:1
Qollar: Krstoviç, 90+2 – Pessina, 90+6.

Yuventus – Milan 0:0

Latsio – Verona 1:0
Qol: Zakkayni, 72.

28 aprel

İnter – Torino 2:0
Qollar: H.Çalhanoğlu, 56; 60-pen.

Bolonya – Udineze 1:1
Qollar: Salemakers, 78 – Payero, 45+1.

Atalanta – Empoli 2:0
Qollar: Paşaliç, 42-pen. Lukman, 51.

Napoli – Roma 2:2
Qollar: Olivera, 65. Osimhen, 84-pen – Dibala, 59-pen. Abraham, 89.

Fiorentina – Sassuolo 5:1
Qollar: Sottil, 17. M.Kuarta, 54. N.Qonsales, 58; 66. A.Barak, 62 – Torstvedt, 57.

29 aprel

Cenoa – Kalyari 3:0
Qollar: Torsbi, 17. Frendrup, 27. Qudmundsson, 63.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
43
arena.az

10Mənbələr