Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən Ermənistan vətəndaşları Yexeqnadzor şəhəri yaxınlığında Ermənistan-İran dövlətlərarası avtomobil yolunu traktorlarla bağlayıblar.Bu barədə “Vətən uğrunda Tavuş” siyasi hərəkatının mətbuat xidməti məlumat yayıb.Qeyd edək ki, bundan əvvəl Hərəkat etirazçıların İrəvan-Gümrü yolunu bağladıqları barədə məlumat verib.Xatırladaq ki, aprelin 25-də yüzlərlə erməni Ermənistanın rayonlarında və paytaxtında küçə və magistral yolları bağlayaraq, Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına etiraz ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta