Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etirazlar davam edir.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Vayots Dzor bölgəsində etirazçılar traktorlarla Ermənistan-İran magistral yolunu bağlayıblar.
“Vətəndaşlar Ermənistan-İran magistral yolunun Yeqnadzor şəhəri yaxınlığındakı hissədə traktorlarla kəsiblər”, - nəşrlər yazıb.
Yeqeqnadzor şəhəri İrəvandan təxminən 130 km aralıda yerləşir. Yayımlanan görüntülərdə bir neçə traktorun yolu bağladığı görünür. Onların yaxınlığında avtomobillər və yük maşınları dayanıb.