AZ

Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan şəxslər dəfn edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu rayon qəbirstanlığında dəfn ediliblər.

Dəfndə rayon ictimaiyyəti iştirak edib.

Sədərəkdə Sədərəkdə Sədərəkdə Sədərəkdə
Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla