AZ

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOları

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyevin fotoları yayılıb.

Qeyd edək ki, sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Milli.Az oxu.az-a istinadən həmin fotoları təqdim edir:

****

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
173
17
milli.az

10Mənbələr