AZ

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Hindistanda

Bakı, 28 aprel, AZƏRTAC

Hindistanın şimalındakı Uttar Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlimat yayıb.

Qəza Uttar Pradeş ştatının Unnao bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
4

1Mənbələr

Şərh ()
Bağla