Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, avropalılar Donbass uğrunda ölməyə getməyəcəklər.
APA xəbər verir ki, Borrell bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxışı zamanı deyib.
"Avropalılar Donbass uğrunda ölməyə getməyəcəklər, lakin biz uzun müddət Donbass uğrunda ukraynalıların ölməsinin qarşısını ala bilərdik", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, Avropa Ukraynanı dəstəkləməyə davam etməlidir.