AZ

Tbilisidə "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilir

Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, paytaxtın Respublika meydanına toplanmış minlərlə Gürcüstan vətəndaşı ərazidə avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Nümayişə Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlanılıb. Aksiyaya müxtəlif müxalifət partiyaları da dəstək veriblər.

Etirazçılar hakim "Gürcü arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ölkənin milli maraqlarına zidd olduğunu bildirirlər.

Aksiyaya qoşulanların sayı artmaqdadır. Qeyd edək ki, sabah Gürcüstan parlamentinin sessiyasında qanun layihəsinin ikinci oxunuşa çıxarılması gözlənilir.

Seçilən
34
32
Mənbələr
Şərh ()
Bağla