AZ

Gürcülər etiraz aksiyalarını bərpa etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

 

Modern.az xəbər verir ki, etirazçılar paytaxtın əsas nəqliyyat qovşağını iflic ediblər.

 

Parlament binasının qarşısına toplanmış minlərlə etirazçı buradan Rustaveli prospekti ilə Qəhrəmanlar meydanına yürüş ediblər.

 

Nəticədə Tbilisinin əsas nəqliyyat qovşağı da daxil olmaqla bir sıra mərkəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti tam dayanıb.

 

Etirazçılar hakim partiyanın "xarici təsir" qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

 

Əraziyə təcili yardım maşınları cəlb edilib.

Seçilən
96
32
1

1Mənbələr

Şərh ()
Bağla