AZ

Türkiyə “ExxonMobil” ilə danışıqlar aparır – “Financial Times”


Türkiyə ABŞ-ın enerji nəhəngi “ExxonMobil” ilə mayeləşdirilmiş təbii qaz (LNG) müqaviləsi üzrə danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Türkiyənin enerji naziri Alparslan Bayraktar “Financial Times”a müsahibəsində bildirib ki, ölkə hər hansı bir tərəfdaşdan daha az asılı olmağa imkan verəcək “yeni təchizat portfeli” yaratmağa çalışır.
Bayraktar “Financial Times”a verdiyi açıqlamada, Türkiyənin ABŞ şirkəti ilə müzakirə edilən uzunmüddətli müqavilə çərçivəsində ildə 2,5 milyon tona qədər LNG ala biləcəyini söyləyib.
O qeyd edib ki, “Exxon” ilə müqavilənin kommersiya şərtləri hələ də müzakirə olunur.
Bildirilir ki, Türkiyənin “Exxon” ilə müqaviləsi Rusiyanın Avropaya ixracının azaldığı bir vaxta təsadüf edir, çünki Avropa Ukraynadakı münaqişəyə cavab olaraq Rusiya boru kəməri qazının idxalını azaltmaq üçün qlobal istehsalçılardan LNG alışını artırır.
Məlumatlara görə, 2023-cü ildə Rusiyanın Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 1,9% azalaraq 15,8 milyon tona düşüb.
Seçilən
35
20
Mənbələr
Şərh ()
Bağla