AZ

Türkiyə Azərbaycanla qaz alqı-satqısı ilə bağlı danışıqlar aparır

Türkiyə Azərbaycanla qaz alqı-satqısı ilə bağlı danışıqları davam etdirir. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. 

"Biz müqavilələrin 70-80%-ni uzunmüddətli, qalan hissəsini isə spot bazar vasitəsilə təmin etmək üçün boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) üzrə müqavilələrimizi yenidən strukturlaşdırmağa doğru gedirik. Rusiya, Azərbaycan və İranla danışıqlarımız davam edir”, -  A.Bayraktar bu gün "Sabah” qəzetinə müsahibəsində bildirib.

Bundan əlavə, o qeyd edib ki, Türkiyə Amerikanın ExxonMobil şirkəti ilə 4 milyard kubmetrədək LNG-nin alınması üçün müqavilə bağlamaq imkanını müzakirə edir.

"Exxon-a gəlincə, biz indiyədək ABŞ-la yalnız spot əsasda işləmişik, başqa sözlə, ucuz LNG var idi və biz qışa və onun sonuna yaxın qaz almışıq 5-10 il müddətinə biz təxminən 4 milyard kubmetr, lakin ola bilsin ki, daha kiçik həcmdə LNG-nin alınmasını müzakirə edirik”, -  o qeyd edib.
 
2021-ci ilin üçüncü rübündə Azərbaycan və Türkiyə "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsindən hasil edilən 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-2024-cü illərin dördüncü rübü) ildə 3,7 milyard kubmetr qazın Tbilisi-Ərzurum boru kəməri ilə ixracını nəzərdə tutur. 

N.Təbrizli


www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
20
Mənbələr
Şərh ()
Bağla