AZ

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxarıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
39
17
Mənbələr
Şərh ()
Bağla