AZ

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxardılar

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətin keçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
17

1Mənbələr

Şərh ()
Bağla