AZ

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin aviasiya texnikası ilə anbarları vurub

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya ordusu Çerniqov vilayətindəki Priluki və Xmelnitski vilayətinin Starokonstantinov aerodromlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus aviasiya sursatları və aviasiya texnikası olan anbarlara zərbələr endirib.

 

Oxu24.com  xəbər  verir  ki,bundan əlavə, Rusiya hərbçiləri 121-ci bölgədə Ukrayna Silahlı Qüvvələrinin xarici muzdluların, canlı qüvvə və texnikanın müvəqqəti yerləşdirmə məntəqələrini vurub.

 

Gün ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 46 pilotsuz təyyarəsini və Amerikanın 5 ATACMS operativ-taktiki raketini vurub.

 

Bununla yanaşı, məlum olub ki, rus qoşunları KXDR-in Novobaxmutovka qəsəbəsini ukraynalı millətçilərdən azad edib.

 

Eyni zamanda, aprelin 20-dən aprelin 27-dək Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə, hərbi sənayesinə və anbarlarına 35 qrup zərbəsi endirib.

 

Nigar

Seçilən
10
50
Mənbələr
Şərh ()
Bağla