AZ

"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW

"Ukrayna qoşunları Rusiyanın hücumunun qarşısını ala biləcək, Rusiya ordusu deqradasiya edir..."
 
"Rusiya hələ də köhnəlmiş avadanlıq və pis hazırlıq keçmiş əsgərlərlə döyüşür..."
 
ISW-dən bu il üçün gözlənilməz proqnoz...
 
Əgər Ukrayna qoşunları Qərb silahları ilə yaxşı təmin olunsa, rusiyalıların planlaşdırılan yay hücum əməliyyatı zamanı əhəmiyyətli operativ irəliləməsinə imkan verməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, bununla yanaşı təcavüzkar ordu ayrı-ayrı üstünlüklərindən və uyğunlaşmasından istifadə edərək əhəmiyyətli təhlükə yarada bilər.
 
Ukrayna Silahlı Qüvvələri (USQ) işğlşılara bundan öncəki genişmiqyaslı hücum əməliyyatları zamanı hətta taktiki uğurlar qazanmasına imkan verməyib. 
 
Analitiklər bu yay Rusiyanın əvvəlkilərdən daha miqyaslı və daha intensiv hücum əməliyyatı aparacağını az ehtimal edir.
 
ISW qərb məmurunun "Financial Times" nəşrinə söylədiyinə istinadən qeyd edir ki, Rusiya hələ də köhnəlmiş avadanlıq və pis hazırlıq keçmiş əsgərlərlə döyüşür.
 
Onun fikrincə, Rusiya qoşunları tammiqyaslı müharibə başlanandan öz səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmayıb.
 
Rusiya ordusunun döyüş qabiliyyəti 
 
Lakin düşmənə dəyər verərkən işğalçıların  Ukrayna üzərində müvəqqəti nisbi üstünlüklərindən Müdafiə Qüvvələri üçün xeyli stres yaratmaq üçün istifadə etməsi çox vaxt görməzdən gəlinir.
 
Qeyd edilir ki, rusiyalı hərbçilər müasir və səmərəli hərbi texnikanın sayca məhdud olması ilə üzləşir. Bu zaman Rusiya birləşmələrinin döyüş qabiliyyəti aşağı düşməkdə davam edir, çünki deqradasiyaya məruz qalır.
 
Buna baxmayaraq, düşmən qismən özünün texnika və canlı qüvvəsində sayca üstünlüyünə güvənərək USQ-yə daimi və artan təzyiq göstərir və Ukrayna ordusunun tab gətirə bilməyəcəyi itkiləri qəbul edir.
 
"Rusiyanın diqqətini keyfiyyəti nəzərə almadan kəmiyyətə yönəltməsi təcavüzkarın taktiki üstünlüyünü təmin edir. Bu, xüsusilə bu gün özünü büruzə verir, çünki Qərbin təhlükəsizlik sahəsində yardımının ləngiməsi Ukrananın Rusiya qoşunları üzərində keyfiyyət üstünlüklərini zəiflədib. Bu yay rusiyalılar şəxsi heyətin sayından hətta artıq kifayət qədər təmin edilən USQ-yə qarşl taktiki üstünlüklər əldə etmək üçün istifadə edəcək", - ISW proqnoz verir.
 
Analitiklərin dəyərləndirməsinə görə, kütləviliyə stavka etmək qəsbkarların Ukraynada etdikləri yeganə nəsnə deyil, çünku onlar operativ, taktiki və texnoloji innovasiyalara qeyri-bərabər meyllənməyi nümayiş etdirib.
 
Rusiyanın hərbi komandanlığı Ukraynada ötən operativ planlaşdırmanın səhvlərini öyrənir və böyük ehtimalla öz hücumunun əsas vəzifəsi USQ-ni ölkənin şərqində sıxışdırıb qarşısını almaqdan ibarət olacaq.
 
Cəbhədə idarəedilən aviasiya bombaları
 
Ekspertlər əlavə edir ki, işğalçılar Ukraynada taktiki aviasiya əməliyyatlarını planer bombalardan kütləvi şəkildə istifadə etməklə əhəmiyyətli dərəcədə dəyişib, bu da təyyarələrə arxa cəhbənin dərinliyindən zərbələr endirməyə imkan verir.
 
"Planer bombalarla endirilən bu zərbələr gələcəkdə də bu yay Rusiyanın yerüstü əməliyyatlarına dəstək göstərilməsində mühüm rol oynayacaq, hərçənd, Ukrayna qoşunları Qərbin əlavə HHM sistemlərinin daxil olması ilə hava hücumundan müdafiə imkanlarının yaxşılaşmasından Rusiya təyyarələrinə qarşı istifadə edə biləcək", - ISW əlavə edib.
 
Qeyd edilir ki, Rusiya qoşunları bütün cəbhə böyunca hücum əməliyyatlarına dəstək üçün geniş miqyasda texnoloji innovasiyalar yerləşdirir, həmçinin USQ-nin həssaslığndan istifadə etmək və Müdafiə Qüvvələrinin uyğunlaşmasınadək üstünlük əldə etmək üçün bu innovasiyaların yerləşdirmə zamanını hesablayır.
 
İşğalçılar yeni texnoloji və ya taktiki innovasiyalardan məhz öz hücumunun əvvəlində istifadə etməyi düşünür ki, USQ-nin ABŞ yardımı çatdırıldıqdan sonra əldə edəcəyi güclü imkanları heçə endirsin.
 
Eyni zamanda Rusiya qoşunları hələ də genişmiqyaslı taktiki səhvlərə yol verir və Ukrayna qoşunları bu amildən istifadə edə bilər.
 
"Ukrayna yaxın həftələr ərzində maddi bazasında bu gün üzləşdiyi bir çox məhdudiyyətləri neytrallaşdıra biləcək və yaxın aylarda öz kadr problemlərinin yüngülləşdirmək üçün tədbirlər görür. Lakin Rusiya öz üstünlüklərinə Müdafiə Qüvvələrinin döyüş qabiliyyəti yaxşılaşdıqca nail olmaqda davam edəcək. 
 
Ukrayna böyük ehtimalla yaxın aylarda cəbhə xəttində sabitlik yaradacaq və 2024-cü ilin sonunda və ya 2025-ci ilin əvvəlində məhdud əkshücum əməliyyatlarına  başlaya biləcək", - ISW proqnoz verib.
 
Ukraynada müharibə-son xəbərlər
 
Cəbhədə vəziyyət çox ağırdır, insani resurslarının qıtlığı kimi böyük problem var. Bu barədə 2-ci hücum taborunun komandiri Dmitri Kuxarçuk deyib.
 
Rusiyalılar Donetsk vilayətinin Oçeretino yaşayış məntəqəsində möhkəmlənib. Ukrayna müsafiəçiləri düşməni oradan vurub çıxarmaq üçün tədbirlər görür. Orada ağır döyüşlər gedir.
 
Bundan başqa, "DeepState" məlumat verib ki, Rusiya qoşunları Donetsk vilayətinin Berdiçi yaşayış məntəqəsini işğal edib.
Seçilən
43
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17125
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15364
Səidə Sultan klipi üçün lüt soyundu
11599
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10554
Faiq Sadıqov
9537
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9480
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6060
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5955
Gənc aparıcı vəfat etdi - FOTO
5839
10 yaşlı uşağın faciəvi ölümü
5522
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5516
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5475
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5023
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4676
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4362
Ruslan Müşfiqabadlının anası vəfat edib
3981
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3469
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3285
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3266