AZ

"Qəbələ" Premyer Liqanı tərk edəcək?

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti matçları keçiriləcək.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Qəbələdə eyniadlı komanda “Kəpəz”i qəbul edəcək. Autsayderlərin duelində Premyer Liqanı tərk edəcək komanda müəyyənləşə bilər. “Qəbələ” xal itkisi ilə üzləşsə, son pilləni tərk etmək şansını itirəcək. “Kəpəz”ə I Liqaya yuvarlanmaq təhlükəsindən qurtulmaq üçün heç-heçə də kifayətdir.

“Neftçi” öz meydanında “Turan Tovuz”la görüşəcək. Bakılılar “üçlük”dəki yerini qaytarmaq üçün mütləq qalib gəlməlidir. Qərblilər isə avrokubok zonasına yaxınlaşmaq üçün turu itkisiz keçməlidir.

Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Qarabağ”la üz-üzə gələcək. Çempionluğu təmin edən Ağdam klubu son turlardakı uğursuzluqlara son qoymaq niyyətindədir. “Barselona”nın düşərgəsinə təcrübəyə yollanan Samir Abasovunsuz meydana çıxacaq “Sumqayıt” isə avrokuboklara vəsiqə üçün vacib xallar qazanmalıdır.

Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel (bazar)
15:30. “Qəbələ” – “Kəpəz”
Baş hakim:
İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”
Baş hakim:
Rəvan Həmzəzadə
“Neftçi Arena”

20:00. “Sumqayıt” –“ Qarabağ”
Baş hakim:
Rauf Cabarov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

31

23

4

4

85-31

73

2

Zirə

31

13

10

8

29-19

49

3

Sabah

32

14

7

11

46-38

49

4

Sumqayıt

31

12

11

8

32-34

47

5

Neftçi

31

13

8

10

40-33

47

6

Səbail

32

11

9

12

47-51

42

7

Turan Tovuz

31

11

9

11

47-44

42

8

Araz-Naxçıvan

31

8

8

15

28-44

32

9

Kəpəz

31

8

7

16

36-59

31

10

Qəbələ

31

4

5

22

23-60

17

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 17 qol, Aleksandr Ramalinqom ("Səbail") - 13 qol, Yassin Benzia ("Qarabağ") - 12 qol, Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

İdman.biz

Seçilən
83
42
Mənbələr
Şərh ()
Bağla