AZ

"Avroviziya" mahnımızın KLİPİ təqdim edildi - FOTO-VIDEO

Builki "Avroviziya" mahnımız “Özünlə apar”ın klipi ictimaiyyətə təqdim olunub.

Bizim.Media xəbər verir ki, Qobustanda lentə alınan ekran işi ukraynalı rejissor Timoya həvalə edilib.

Klip artıq yarışmanın rəsmi "YouTube" kanalında yayımdadır.

Onu da vurğulayaq ki, təmsilçilərimiz Fahree və İlkin Dövlətov ötən gün İsveçə yola düşüb.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda planlaşdırılıb. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.  


 

Rəşad Əliyev, Bizim.Media

Seçilən
16
40
Mənbələr
Şərh ()
Bağla