AZ

“Avroviziya 2024”ün ikinci yarımfinalında bu ölkələr FİNALA ÇIXDI 

Xəbər verdiyimiz kimi, nüfuzlu “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. 

Bizim.Media xəbər verir ki, İsveçin Malmö şəhərində baş tutan yarışmada Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino final mərhələsinə keçmək üçün mübarizə aparıblar. 

Çıxışlarını başa vurduqdan sonra səs vermə başlanıb.

Nəticədə 10 ölkə - Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb. Birinci yarımfinaldan finala çıxan ölkələr - Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq olub. 

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv “Özünlə apar” mahnısı ilə təmsil etsələr də, finala vəsiqə qazana bilməyiblər. Yarışmanın finalı mayın 11-də keçiriləcək. Final mərhələsinə birbaşa adlayan ölkələr isə İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır. 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
bizim.media

10Mənbələr