Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində bu gün keçirilən matçda "Ştutqart"la qarşılaşan "Bayer Leverkuzen" (2:2) Avropada 21-ci əsrin rekorduna imza atıb.
“İki sahil” xəbər verir ki, leverkuzenlilər buna bütün turnirlərdə çıxdıqları ardıcıl 46 oyunda uduzmayaraq nail olublar.
Öncəki rekord Zaqreb "Dinamo"suna məxsus idi. Xorvatiya klubu 2014/2015 mövsümündə 45 matçda yenilgi acısı dadmamışdı.
Xatırladaq ki, "Bayer" Bundesliqanın başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.