Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növləri ilə Rusiyanın ərazisinə getməkdən çəkinmək tövsiyə olunur.
Bir gün əvvəl Tacikistanın xarici işlər nazirinin müavini Sodik İmomi Rusiya səfiri Semyon Qriqoryev ilə ölkə vətəndaşlarının son bir neçə həftə ərzində Rusiya Federasiyasının dövlət sərhədini keçməkdə üzləşdikləri çətinlikləri müzakirə edib.
www.anews.az