AZ

Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırır

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib.Korrespondent.az bildirir ki, bu barədə XİN-in yaydığı məlumatda deyilir.Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növləri ilə Rusiyanın ərazisinə getməkdən çəkinmək tövsiyə olunur.Bir gün əvvəl Tacikistanın xarici işlər nazirinin müavini Sodik İmomi Rusiya səfiri Semyon Qriqoryev ilə ölkə vətəndaşlarının son bir neçə həftə ərzində Rusiya Federasiyasının dövlət sərhədini keçməkdə üzləşdikləri çətinlikləri müzakirə edib.Tacikistan tərəfi həmçinin ölkə vətəndaşlarının Rusiyaya daxil olmaqdan əsassız imtina hallarının geniş vüsət almasından narahatlığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
10
Mənbələr
Şərh ()
Bağla