AZ

Salah “Liverpul”un məşqçisi ilə mübahisə edib

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının “Vest Hem”lə oyununda əvəzedici kimi meydana çıxmağa hazırlaşarkən klubun baş məşqçisi Yurgen Kloppla mübahisə edib.

“Report” xəbər verir ki, bu barədə “Çempionat” məlumat yayıb.

Epizod matçın 82-ci dəqiqəsində baş verib. Salahı ehtiyat oyunçular kimi meydana çıxmağa hazırlaşan Darvin Nunes və Co Qomez sakitləşdirib.

Görüş isə 2:2 hesabı ilə başa çatıb.

Almaniyalı mütəxəssis Klopp 2015-ci ilin payızından İngiltərənin “Liverpul”unda çalışır. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası (APL), Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O, cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Seçilən
81
5
Mənbələr
Şərh ()
Bağla