AZ

Salah “Liverpul”un baş məşqçisi ilə mübahisə edib


“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında “Vest Hem”ə qarşı oyuna çıxarkən baş məşqçi Yurgen Kloppla mübahisə edib.

News24.az xəbər verir ki, bu barədə “Çempionat” məlumat yayıb.

Epizod matçın 82-ci dəqiqəsində baş verib. Salahı ehtiyatdan meydana çıxmağa hazırlaşan Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.

Görüş isə 2:2 hesabı ilə başa çatıb.

Klopp 2015-ci ilin payızından “Liverpul”u çalışdırır. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası dünya çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Superkubokunun qalibi olub. Almaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
5
Mənbələr
Şərh ()
Bağla