AZ

"Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib - VİDEO

Moskvanın Basmannı məhkəməsi “Reuters” xəbər agentliyinin prodüseri Konstantin Qabovu "NavalnyLIVE" "YouTube" kanalında materiallar dərc etdiyinə görə həbs edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Reuters xəbər agentliyinin xəbər xidmətinin prodüseri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə (ekstremist birlikdə iştirak) ittiham olunur. K. V. Qabov "NavalnyLIVE” "YouTube" kanalında yayımlanmaq üçün videomateriallar, fotoların hazırlanmasında iştirak edib. Məhkəmə onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib”, - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
6
apa.az

8Mənbələr