AZ

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

Şəki, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Beynəlxalq Rəqs Günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsertin proqramına milli rəqslərimizlə yanaşı müxtəlif xalqların, həmçinin ölkəmizdə yaşayan azsaylı xalqların rəqs nümunələri də daxil edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Konsertdə ifa olunan “O olmasın, bu olsun” filmindən “qız toyu” səhnəsi, “Qaynana”, “Əhməd haradadır?” filmlərindən səhnəciklər də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub.

 

Seçilən
67
3
Mənbələr
Şərh ()
Bağla