AZ

Rəqsin qəlbi Şəkidə döyündü

Beynəlxalq Rəqs Günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert keçirilib. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki Mədəniyyət Mərkəzinin təşkil etdiyi proqrama milli rəqslərimizlə yanaşı, müxtəlif xalqların, ölkəmizdə yaşayan milli azlıqların rəqs nümunələri də daxil edilib.
Konsertdə ifa olunan “O olmasın, bu olsun” filmindən “qız toyu” səhnəsi, “Qayınana”, “Əhməd haradadır?” filmlərindən səhnəciklər də tamaşaçılar tərəfin­dən maraqla qarşılanıb.
Konsertin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub.
AYTƏNXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
Mənbələr
Şərh ()
Bağla