AZ

Paytaxtda yeni plana düşən yerlər hansı küçələrdir? – AÇIQLAMAVİDEO

Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.  

Xezerxeber.az xəbər verir ki, sözügedən ərazilərlə yanaşı, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icarsı ilə əlaqədər evlər plana düşüb.

Bizimlə söhbət zamanı sakinlər bildirdi ki, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanıb.

Sakinlər deyir ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ onlarla danışıq aparılmayıb.

Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.

Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən "Sevgi Parkı"nın genişləndirilməsi nəzərdə tutulur.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
45
21
Mənbələr
Şərh ()
Bağla