AZ

Bakının bu ərazilərində söküntü işləri aparılacaq — VİDEO

Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.  

Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Xətai rayonunda, Sergey Senyuşkin küçəsində yerləşən birmərtəbəli yaşayış evləri söküləcək.

Sakinlərin sözlərinə görə, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanıb.

Onlar deyir ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ danışıq aparılmayıb.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.

Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən “Sevgi Parkı”nın genişləndirilməsi nəzərdə tutulur.  

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
4
Mənbələr
Şərh ()
Bağla