AZ

Əcnəbilərin Rusiyada qalma müddəti ildə 90 günə endirilə bilər


Əcnəbilərin Rusiyada maksimum qalma müddəti ildə 90 günə endirilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə miqrantlar üzərində nəzarətin səmərəliliyini artırmaq üçün Dövlət Dumasına təqdim edilən qanun layihəsində deyilir.
Dəyişiklik “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna ediləcək.
Qeyd edək ki, hazırda viza tələb etməyən qaydada ölkəyə gələn əcnəbi vətəndaşın Rusiya Federasiyasında müvəqqəti qalma müddəti hər 180 gün ərzində ümumilikdə 90 gündən çox ola bilməz. Qanun layihəsində “hər yüz səksən gün müddətində” sözləri “bir təqvim ili ərzində” sözləri ilə əvəz edilməsi təklif edilir.
Seçilən
67
17
Mənbələr
Şərh ()
Bağla