AZ

Miqrantların Rusiyada qalma müddəti AZALDILIR

Rusiyada miqrasiya sahəsində dövlət nəzarətini gücləndirən yeni qərarlar qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əcnəbi vətəndaşların Rusiyada 1 il ərzində qalma müddəti 180 gündən 90 günə endirilib.

Həmçinin miqrantların Rusiya ərazisində yaşamaq şərtlərinə də dəyişiklik edilib. Belə ki, Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiyanın tətbiqi, əcnəbilərin müvəqqəti qalma müddətinin təqvim ili üçün 90 günə endirilməsi, habelə, əcnəbinin rəqəmsal profilinin yaradılması üçün hüquqi əsas yaradılacaq. 

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
17
Mənbələr
Şərh ()
Bağla