AZ

Tərtərdə həssas əhali qrupu üçün səyyar tibbi aksiya təşkil olunub

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Tərtər rayon Kəngərli kəndində yerləşən tibb məntəqəsində aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və İcbari Tibbi Sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işlər aparmaqdır.

 

Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (laboratoriya, terapevt, pediatr, ginekoloq, şüa-diaqnostika və s.) həkimləri tərəfindən müayinə edilərək tibbi xidmət göstərilib.

 

Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla