AZ

Bərdənin Piyadalar kəndinin sakinləri üçün səyyar tibbi aksiya təşkil olunub

Bərdə Rayon Mərkəzi Xəstəxanasının tədbirlər planına əsasən, Bərdə rayon Piyadalar kəndində ətraf ərazilərdə yaşayan əhali üçün səyyar tibbi aksiya keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı əhalinin müayinəsi və maarifləndirmə işlərinin aparılması olub.
 
Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (kardioloq, ginekoloq, terapevt, okulist, pediatr, laborant, USM, lor, endokrinoloq, nevroloq) həkimləri tərəfindən kənd sakinlərinə ambulator tibbi xidmət göstərilib.
 
Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
aztibb.az

3Mənbələr